Əsas Səhifə > Cəmiyyət > Günün qoroskopu:Qətiyyətli və əzmkar olun.

Günün qoroskopu:Qətiyyətli və əzmkar olun.


20-08-2023, 00:09


Şəffaflıq.az  dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - uzun müddətdən bəri sizi və müttəfiqlərinizi narahat edən suallara cavab tapa biləcəksiniz. Bu gün yaranan ideyalar dəstək almayacaqlar. Sizə kömək edəcək insanları tapın. Yaradıcılıq potensialınızın səviyyəsi artacaq. Təhsildə və tədqiqatlarda uğurlar istisna deyil.
Günün ikinci yarısında detallara və təfərrüatlara xüsusi diqqət tələb edən iş olacaq. Yalnız özünüzü düşünərək ətrafınızda baş verən hadisələri qulaqardına vurmayın. Faktları təhlil edin, dürüst nəticələrə gəlin.

Axşam saatlarında normal istirahət edin.
 

Buğa - yaranan problemlərə səthi yanaşmayın, onları xırda məsələ hesab etməyin. İstənilən sədləri asanlıqla dəf edə biləcəyinizi düşünməyin. Çünki maneələri aradan qaldırmaq üçün xeyli səy göstərməli olacaqsınız. Qollarınızı çırmalayın, işləyin. İşinizi sizin əvəzinizə kimsə görən deyil.

Günün ikinci yarısında anlaşılmazlıq, mənasız və əsassız mübahisələr yaxınlarınızla təmaslarınızda problemlər yarada bilər. Situasiyanı zarafatla bərpa etməyə, normallaşdırmağa çalışmayın. Yaşlı qohumların dediklərinə qulaq asın.

Əkizlər - peşəkar fəaliyyət sahəsində məqsədə doğru aparan yolda qarşınıza çıxan sədləri dəf etmək imkanları yaranır. Qətiyyətli olun. Rəqibləri üstələmək üçün məqbul bildiyiniz bütün vasitələrdən istifadə edin. Vicdadınızı susdurmağa çalışaraq gerçəkləri görməməzliyə vurmayın. Rəğbət bəsləmədiyiniz, xəyanətkar insanlara yardım üçün müraciət etməyin.

Günün ikinci yarısında kəskin intuisiya və təxəyyül yaxınlarınızdan birinin niyyətini gerçəkləşdirməyə çalışın. Qəfil etiraflar istisna deyil. Yaşamınızda ciddi dəyişikliklər ola bilər.

Xərçəng - biznes planlar və ideyaların reallaşdırılması üçün əlverişli zamandır. Peşəkar fəaliyyətlə bağlı yeniliklər edə bilərsiniz. Yeni müttəfiqlər tapmaq, cari məsələlərin həlli üçün qeyri-standart yollardan faydalanmaq olar. Yeni ideyalarınızı dəstəkləyənlər az deyil.

Günün ikinci yarısında mövqelərinizi möhkəmləndirin. Nüfuzlu insanlar sizin tərəfinizdə olacaqlar. Xarici dillər öyrənmək üçün pis vaxt deyil.

Əldə etdiyiniz uğurlara rəğmən axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Özünüzdən və ətrafınızdakı insanlardan narazı qalmayın. Aqressiv davranmayın. Sərtlik üçün heç bir səbəb yoxdur.

Alış-veriş uğursuz olacaq.

Şir - emosional fon əlverişlidir. Axşam saatlarınadək xoş əhval-ruhiyyədə olacaqsınız. Nikbin olun. Yaxın ətrafınızdakı insanlar sizə can atırlar. Yeni dostluq əlaqələri və romantik tanışlıqlar istisna deyil.

Günün ikinci yarısında çox işlərin öhdəsindən gələ bilərsiniz. Bir dəqiqənizi də boş keçirməyin. Sövdələşmə və anlaşmalar xeyir verə bilər.

Maliyyə fonu uğurludur. Bahalı əşyalar ala bilərsiniz. Dəvət aldığınız tədbirlərə qatılın. Həmkarlar və işgüzar tərəfdaşlarla qeyri-formal şəraitdə təmaslar, ünsiyyətlər xeyirlidir.

Qız - bu gün yaranacaq problemlər ilk baxışdan göründüyü kimi ağır, çətin deyil. Problemlərin miqyasını olduğundan artıq saymayın. Uğurlarla qələbələrinizi görmək istəmirlər. Hadisələrə fərqli baxış təklif edən insana qulaq asın. Pozitiv düşüncə sizə bir sıra nöqsanları çözməyə imkan verəcək.

Günün ikinci yarısı alış-veriş və investisiyalar üçün münasib deyil. Qüvvə və imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Pullarınıza laqeyd yanaşmayın. Evdə və ofisdə qayda yaradın. Gərəksiz əşyalarla əlaqələrdən qurtulun. Belədə bədbinlikdən də yaxa qurtararsınız.

Axşam saatlarını aktiv istirahətə həsr edin.
 



Tərəzi - o qədər də uğurlu olmayan gündür. Problemlərin bir sırasının səbəbkarı sizsiniz. Unutqan, diqqətsiz olmayın. Önəmli məqamları nəzərdən qaçırmayın, illüziyalardan qurtulun, xəyallar aləmində gərdiş etməyin.

Baş verənlərə mühafizəkar yanaşan insanlarla aranızda münaqişə yarana bilər. Sizdən ənənələrə riayət tələb olunacaq. Aqressiv davranmayın.

Orqanizminizi sınağa çəkməyin. Ağır və yağlı yeməyi rasiondan çıxarın. Təzə meyvə-tərəvəzdən yararlanın.

Əqrəb - asan olmayan gündür. Fəaliyyət planını əvvəlcədən hazırlasanız və ən xırda məsələlərdə də dəqiqliyə riayət etsəniz, bir sıra problemlərdən qurtula bilərsiniz. İdeyalarınız ilk baxışdan göründüyü kimi yaxşı deyil. Onları gerçəkləşdirməyə tələsməyin.

Günün ikinci yarısında işgüzar danışıqlar uğurla keçəcək. İndiyədək arzuladığınız, cazibədar işgüzar əməkdaşlıq təklifləri ala bilərsiniz.

Axşam saatlarına yaxın əhvalınız pozula bilər. Neqativ reaksiyanıza səbəb olan hadisənin səbəblərini anlamağa çalışın.

Oxatan - başladığınız işləri yarımçıq qoymayın. İkinci dərəcəli məsələlərin həllini təxirə salmaq da mümkündür. Qüvvələrinizi qənaətlə sərf edin. Önəmli işlə məşğul olanda diqqətli və sərvaxt olun. Müttəfiqlərin təklif etdikləri yardımlardan yararlanın. Səlahiyyətlərinizi yardımçılarınızdan birinə həvalə edə bilərsiniz.

Günün ikinci yarısında şəxsi həyatınızda qəfil dəyişikliklər ola bilər. Yaşananlar sizi təəssüfləndirə bilər. Fəqət az sonra anlayacaqsınız ki, olaylar o qədər də pis deyil. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.

Oğlaq - çox parlaq, yaddaqalan, hadisələrlə zəngin gündür. Hadisələrin qeyri-adi məcrası, qəribə təsadüflər ola bilər. Maraqlı işlərlə məşğul ola biləcəksiniz. Niyyətinizi həyata keçirməkdə sizə yardımçı olacaq həmfikirlər və yoldaşlar da tapa biləcəksiniz.

Günün ikinci yarısı qonaq qəbul etmək üçün çox əlverişlidir. Rahat ortam yaradın, qonaqları darıxmağa qoymayın.

Dəvət aldığınız tədbirlərə qatılın. Təmas çevrənizi genişləndirə bilərsiniz. İşlərinizdə sizə yararlı ola biləcək insanlarla əlaqələri möhkəmləndirin.

Dolça - mahiyyət etibarilə pis gün deyil. Qısa müddətdə uğurlara nail olmayacaqsınız. Səbrli, təmkinli olun. Yaxşıt alış-veriş və ya investisiya imkanları yaranır. Nüfuzlu insanlarla dil tapmaq, rəğbət bəslədiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmaq şansınız var.

Günün ikinci yarısında kobud səhvlərə və acı yanlışlıqlara yol verməyin. Sərt tənqidə reaksiya verməyin. Səfər və ya səyahət üçün əlverişli zaman deyil. Sevdiyiniz insanın sizə sürprizi var.

Balıqlar - yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. İdeyalarınız pis olmadığından yaxın ətrafınızdakı insanlar tərəfindən dəstəklənəcəklər. Qətiyyətli və əzmkar olun. Bugünkü qərarlarınız və ya əməlləriniz yaşımızın bir sıra sahələrində yeniliklərin təməlini qoya bilər.

Günün ikinci yarısında uzunmüddətli planlar qurmaq olar. Məqsədi dəqiqləşdirin, imkanlarınızı və potensialınızı dürüst qiymətləndirin. Belədə niyyətinizi reallaşdıra bilərsiniz.

Axşam saatları sürprizlər vəd edin. Qonaq gələ bilər.
 


Geri qayıt