Əsas Səhifə > Hadisə / REGİON > Moskvaya PUA ilə hücum olub

Moskvaya PUA ilə hücum olub


18-08-2023, 09:37


Pilotsuz uçuş aparatı (PUA) Moskvaya uçmaq istəyərkən hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, onun qalıqları “Ekspocenter” ərazisinə düşüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında yazıb.

O, qeyd edib ki, ilkin məlumata görə, "ciddi dağıntı", zərərçəkənlər yoxdur.

"Bu gecə hava hücumundan müdafiə qüvvələri Moskvaya uçmaq istəyən pilotsuz uçuş aparatını məhv edib. PUA-nın qalıqları “Eksposentr” zonasına düşüb, binaya ciddi ziyan dəyməyib. İlkin məlumata görə, zərərçəkən yoxdur. Şəhərin fövqəladə hallar xidmətləri hadisə yerində işləyir”, - Sobyanin yazıb.

Eyni zamanda, “Baza” teleqram kanalı xəbər verir ki, “Expocentre”nin 8-ci pavilyonunda 30 kvadratmetr sahədə çökmə baş verib. Partlayış səsləri Moskva vilayətində, xüsusən də Krasnoqorskda, Odintsovoda, eləcə də “Moskva Siti” ərazisində eşidilib.


Geri qayıt