Əsas Səhifə > HƏRBİ > MN: Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması barədə məlumat yalandır

MN: Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması barədə məlumat yalandır


17-08-2023, 23:17


Avqustun 17-si saat 21:15-dən 21:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - Azərbaycanın Müdafiə Nazirliyindən qeyd edilib.

Şəffaflıq.az 


Geri qayıt