Əsas Səhifə > FUTBOL > Azərbaycan millisinin baş məşqçisi: "Qarabağ" və "Sabah"ın mərhələ adlayacağına inanıram"

Azərbaycan millisinin baş məşqçisi: "Qarabağ" və "Sabah"ın mərhələ adlayacağına inanıram"


17-08-2023, 18:13


"Qarabağ" və "Sabah"ın növbəti mərhələyə vəsiqə qazanacağına inanıram".

Bunu "Report"a  açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev ölkə komandalarının avrokuboklardakı şansları barədə danışarkən deyib.

44 yaşlı mütəxəssis klubların çətin səfər matçlarına çıxacaqlarını söyləyib: "Neftçi"yə nisbətən "Qarabağ" və "Sabah"ın mərhələ adlamaq şansları yüksəkdir. Çünki evdə qələbə qazanıblar. Lakin bugünkü qarşılaşmaları ağır keçəcək. "Neftçi" isə "Beşiktaş" kimi güclü rəqibə doğma meydanda məğlub oldu. Ümid edirəm ki, İstanbuldakı qarşılaşmada layiqli mübarizə aparacaqlar və ortaya yaxşı nəticə qoyacaqlar".

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyada HİK-in (ilk oyun 2:1) qonağı olacaq. "Neftçi" Türkiyədə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Beşiktaş"la (ilk oyun 1:3), "Sabah" isə Serbiyada "Partizan"la (ilk oyun 2:0) üz-üzə gələcək. "Qarabağ"ın matçı Bakı vaxt ilə 20:00-da, "Neftçi"nin görüşü 22:00-da, "Sabah"ın qarşılaşması isə 23:00-da start götürəcək.

Şəffaflıq.az


Geri qayıt