Əsas Səhifə > FUTBOL > "Səbail" ikinci hissəyə gec çıxdığına, "Neftçi" isə baş məşqçiyə görə cərimələnib
"Səbail" ikinci hissəyə gec çıxdığına, "Neftçi" isə baş məşqçiyə görə cərimələnib17-08-2023, 13:27 |
AFFA İntizam Komitəsi "Səbail" klubunu 1500 manat cərimələyib. Şəffaflıq.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna "dənizçilər"in Premyer Liqanın II turunda "Neftçi" ilə matçın (1:1) ikinci hissəsinə gec çıxması səbəb olub. Komanda həmin görüşdə 5 oyunçusu sarı vərəqə ilə cərimələndiyi üçün 700 manat ödəyəcək. Məşqçi Elmir Xankişiyev də "Səbail"i ziyana salıb. Mütəxəssis qarşılaşma vaxtı meydana kənar əşya atdığına görə ikisi şərti olmaqla dörd matçlıq cəzalanıb. Kluba isə 3500 manat cərimə kəsilib. Sınaq müddəti 3 ay təyin olunub. "Neftçi"nin baş məşqçisi Adrian Mutu isə “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə "ağ-qaralar” 500 manat ödəməli olacaq. Geri qayıt |