Əsas Səhifə > XARİCİ XƏBƏR > Səfir: “Hüquqi tələblərimiz yerinə yetirilərsə, “Taxıl sazişi”nin bərpasından danışmaq olar”

Səfir: “Hüquqi tələblərimiz yerinə yetirilərsə, “Taxıl sazişi”nin bərpasından danışmaq olar”


16-08-2023, 13:52

“Hüquqi tələblərimiz yerinə yetirilərsə, “Taxıl sazişi”nin bərpasından danışmaq olar”.

Şəffaflıq.azTürkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov deyib.

Onun sözlərinə görə, Rusiya bu məsələdə türkiyəli müttəfiqləri ilə dialoqa hər zaman hazırdır: "Rəsmi Kiyev Odessadan İstanbula uzanan dəniz dəhlizini Sevastopol, Krım körpüsü və rus gəmilərinə terror cəhdləri üçün istifadə edir. Səbrimizin sonu çatıb”.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"nin müddətini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələ ki iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.

Türkiyə və Rusiya liderlərinin bu ay keçiriləcək görüşündə sözügedən məsələnin müzakirə olunacağı gözlənilir.




Geri qayıt