Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiyanın müdafiə naziri Ukraynanı kassetli bombalarla hədələyib
Rusiyanın müdafiə naziri Ukraynanı kassetli bombalarla hədələyib15-08-2023, 14:01 |
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ölkəsinin silahlı qüvvələrinin Ukraynada kassetli bombalardan istifadə edə biləcəyini açıqlayıb. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. S.Şoyqu bildirib ki, Ukrayna tərəfindən beynəlxalq humanitar hüquq və normalarının pozulması Rusiyanın kasset bombalarından istifadə ilə bağlı qərara yenidən baxmasını aktuallaşdırıb. “Bizim kasetli bombalarımız da var. İndiyədək humanitar səbəblərə görə onlardan istifadə etməkdən çəkinmişik. Lakin bu qərara yenidən baxıla bilər", - S.Şoyqu bildirib. Geri qayıt |