Əsas Səhifə > SİYASƏT > Azərbaycan XİN Dağıstandakı partlayışla əlaqədar başsağlığı verib

Azərbaycan XİN Dağıstandakı partlayışla əlaqədar başsağlığı verib


15-08-2023, 10:55


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində insan itkisi ilə nəticələnən partlayışla əlaqədar başsağlığı verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə nazirliyin “X” səhifəsində paylaşım edilib.

"Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı və çoxsaylı xəsarətlərin olması bizi dərindən kədərləndirir. Bu dağıdıcı faciədə həyatını itirənlərin ailələri və dostlarına dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində 30 nəfər həyatını itirib. Dağıstan Respublikası ərazisində 3 günlük matəm elan olunub. Hadisənin baş verdiyi Kumtorkalinski rayonunda isə fövqəladə vəziyyət rejimi tətbiq edilib.


Geri qayıt