Əsas Səhifə > XARİCİ XƏBƏR > BBN Airlines” aviaşirkətinə məxsus sərnişin çarter təyyarəsi uçuşa qadağa qoyulmuş zonaya daxil olub və Ukraynanın hava məkanından keçib.
BBN Airlines” aviaşirkətinə məxsus sərnişin çarter təyyarəsi uçuşa qadağa qoyulmuş zonaya daxil olub və Ukraynanın hava məkanından keçib.14-08-2023, 22:31 |
“BBN Airlines” aviaşirkətinə məxsus sərnişin çarter təyyarəsi Oslodan Antalyaya uçarkən uçuşa qadağa qoyulmuş zonaya daxil olub və Ukraynanın hava məkanından keçib. Şəffaflıq.az xəbər verir ki, bu barədə NRK məlumat yayıb. “Flightradar24” xidməti təyyarənin Rumıniya üzərindən uçarkən marşrutdan yayınması və Ukraynanın hava məkanına daxil olması faktını qeydə alıb. Lakin aviaşirkətin özündən bu məlumat təsdiqlənməyib. “Biz insidentin yaratdığı narahatlığı başa düşürük və bu cür hadisələrin qarşısını almaq üçün fəal tədbirlər görəcəyimizə təminat veririk”, - aviaşirkətdən bildiriblər. Qeyd olunur ki, “Airbus A320-200” təyyarəsi ilə bağlı insident bu il iyulun 25-də baş verib. Pilotlar pis hava şəraiti səbəbindən marşrutu dəyişmək məcburiyyətində qalıblar və Ukraynanın hava məkanına daxil olaraq ilkin marşrutdan yayınıblar. NRK Ukrayna Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlasa da, heç bir cavab almayıb. Geri qayıt |