Əsas Səhifə > REGİON > Müharibə Araşdırmaları İnstitutu: Ukrayna qoşunları cəbhənin iki hissəsində irəliləyib

Müharibə Araşdırmaları İnstitutu: Ukrayna qoşunları cəbhənin iki hissəsində irəliləyib


14-08-2023, 09:03


Avqustun 13-də Ukrayna qoşunları cəbhənin azı iki hissəsində əks-hücum əməliyyatları keçirib və Donetsk – Şərqi Zaporojye bölgəsinin qərbində və Zaporojye vilayətinin qərb hissəsində irəliləyib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun gündəlik

hesabatında deyilib.

İnstitut xatırladıb ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna qüvvələrinin Berdyansk və Melitopol istiqamətlərində hücum əməliyyatları aparması və Robotino ərazisində (Zaporojye vilayətinin qərb hissəsi, Orixovdan 13 km cənubda) qismən uğur qazanması barədə məlumat yayıb.

Qeyd olunub ki, bir neçə rusiyamənşəli mənbə avqustun 12-də Rusiya qoşunlarının Urojaynedən (Donetsk və Zaporojye vilayətlərinin sərhəddində) geri çəkildiyini iddia edib. Lakin avqustun 13-də eynimənşəli digər mənbələr bu iddiaları təkzib edib. Əvəzində Rusiya qoşunlarının Urojaynenin cənub hissəsini hələ də əldə saxladıqlarını bildiriblər.

MAİ işğalçıların Urojaynedən tamamilə geri çəkildiyini təsdiq edə bilmir:

“Rusiya qoşunları, yəqin ki, hələ də ən azı qəsəbənin cənub hissəsində mövqelərini saxlayırlar”.


Geri qayıt