ABŞ-nin Miçiqan ştatında aviaşouda manevrlər nümayiş etdirən MiQ-23 qırıcısı qəzaya uğrayıb. Pilot və sərnişin katapultu işə salıblar.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Detroyt metropolitan aeroportunun mətbuat xidməti
Açıqlamaya görə, “Thunder Over Michigan” şousunda çıxış edən döyüş təyyarəsi Belvil şəhərindəki yaşayış kompleksinin duracağına çırpılaraq bir neçə avtomobilə ziyan vurub. Eyni zamanda, təyyarədə olan pilot və sərnişin qəzadan öncə katapultu işə salmağı çatdırıblar. Duracaqda heç kim olmayıb. Beləliklə, olayda yaralanan olmayıb.
Bununla belə, təyyarənin pilotu və miniyi “ehtiyat tədbiri” olaraq xəstəxanaya aparılıblar.