Əsas Səhifə > Cəmiyyət > Günün qoroskopu:Günün ikinci yarısında yaşlı qohumlarla ünsiyyətdə diqqətli olun.

Günün qoroskopu:Günün ikinci yarısında yaşlı qohumlarla ünsiyyətdə diqqətli olun.


14-08-2023, 00:07


Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısı narahat və təlaşlı olacaq. Alınan məlumatlarla informasiyalar ziddiyyətlidir. Situsiyadan baş çıxarın, yaşananların səbəblərini anlamağa çalışın. Belə davranış özünüzlə bahəm, yaxın ətrafınızdakı insanlar üçün də gərəklidir. Yaxşı məsləhətlər ala biləcəksiniz.

Anlaşma və sövdələşmələrdə xeyir var.

Günün ikinci yarısında yeni iş, layihə, maraq yaranacaq. Sizi yalnız vaxt çatışmazlığı qayğılandıracaq. Əyləncə və istirahəti bir qədər təxirə salın. Ailə problemlərinin öhdəsindən cəsarətlə gəlin. Yaxınlarınıza sübut edin ki, sizə bel bağlamaq olar.
 

Buğa - yaxşı nəticələrə nail ola bilərsiniz. Bunun üçün qətiyyətli və iradəli olun. Qəbul etdiyiniz qərarlar, atdığınız addımlar yaxın ətrafınızdakı insanları heyrətləndirə bilər. Bəziləri əməllərinizi təkrarlamaq, yolunuzu getmək istəyəcəklər. Lakin kimsə sizin nəticələri təkrarlaya bilməyəcək.

Sizə paxıllıq ediləcəyinə təəccüblənməyin.

Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişlidir. İnsanları anlamağa çalışın. Onlarla bağlı fikirlərinizdə yanılmayın. Yeni anlaşmalar və sövdələşmələr istisna deyil. Yaxşı gəlir əldə edə bilərsiniz.

Səhhətinizdə problem riski var. Özünüzü çox yormayın.
 

Əkizlər - yaşamınızda köklü dəyişikliklər üçün əlverişli zamandır. Qətiyyətlə və əzmlə çalışmağa, bəzən isə sərt qərar verməyə hazır olun. Sevdiyiniz və ya dəyər verdiyiniz insanla münasibətlərdə yaranan problemlərə rəğmən nikbin olun. Əldə etdiyiniz pullarla qənaətlə davranın.

Günün ikinci yarısında sizi dilə tutan və ya əksinə, sizə göstəriş verən insanların sözlərinə tam əməl etməyin. Belə məsləhətlər az olmayacaq.

İşlərinizə kəskin müdaxilə etmək istəyən insanların cəhdlərinin qarşısını alın.

Axşam saatlanında normal istirahət etməyə çalışın.
 

Xərçəng - fəaliyyət planını dəqiqləşdirərək hətta ən kiçik məsələlərdə əvvəlcədən bəlirlənmiş strategiyaya riayət etsəniz, uğur qazanacaqsınız. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Rəğbət bəslədiyiniz insanlarla təmasları aktivləşdirmək üçün pis gün deyil.

Günün ikinci yarısında ailə problemlərini həll edə bilərsiniz. Çətin vəziyyətə düşmüş qohumlara yardım etməyi unutmayın.

Ambisioz olun, qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Biznes-layihələri təhlil etmək, yeni fəaliyyət sahələrini nəzərdən keçirmək üçün əlverişli zamandır. Peşəkar fəaliyyət müstəvisindəki perspektivləri götür-qoy edin. Karyera məsələlərində irəliləyişlər ola bilər.

Şir - emosional fon stabil deyil. Əhvalınız sürətlə dəyişəcək. Ən kiçik məsələ və ya olay sizi təbdən çıxara bilər. Digər tərəfdən, işlərdə mikroskopik də olsa, innovasiya sizi sevindirəcək. Gələcəyə nikbin baxan insan yanınızda olarsa, pis deyil.

Onun əhvalı sizə də sirayət edəcək.

Günün ikinci yarısında mühüm işləri planlaşdıra bilərsiniz. Diqqətli olsun. Diqqətsizlik uğursuzluq və geriləmə ilə sonuclana bilər. Maliyyə məsələlərində ehtiyatlı olun. Nəzərdə tutulmamış xərclər büdcənizə ziyan vura bilər.

Kiçik travmalar və səhhətdə problemlər istisna deyil.

Qız - səbrli davranın, emosiyalarınıza hakim olun. Təmkinli olsanız, mənfi təmayüllərin təsirinin öhdəsindən gələ bilərsiniz. Yaxın ətrafınızdakı insanlar uğur və nailiyyətlərinizi sanki görmürlər. Bundan inciməyin. Bacarıq və biliklərinizə diqqəti cəlb etməyə çalışarkən yanınızdakı insanlara meydan oxumayın.

Günün ikinci yarısında maliyyə fonu uğursuzdur. Xərclər artır və onların əksəriyyəti əbəsdir. Alış-veriş üçün yaxşı zaman deyil. Axşam saatlarını təbiət qoynunda keçirsəniz, pis olmaz. Yeni tanışlıqlar şansı azdır.

Romantik münasibətlərin yenilənəcəyinə bel bağlamayın.

Tərəzi - işlərinizdə ciddi uğurlara nail ola bilərsiniz. Lakin düşünməyin ki, gün uğurlu olacaq. Sizi ciddi problemlər və rəqiblərlə çarpışmalar gözləyir. Günün birinci yarısında həll edə bilmədiyiniz problemlər saatlar keçəndən sonra daha da ağırlaşa bilər. Ona görə də aktiv çalışın, diqqətli və sayıq olun.

Günün ikinci yarısında çətinlikləri müstəqil həll etməyə çalışın. Bununla belə, müraciət edəcəyiniz təqdirdə sizə yardım göstərəcək dostlar və tanışlar var.

Axşam saatlarında əhvalınızı korlaya biləcək hadisə baş verəcək. Dəvət aldığınız yerə, insanların gur olduğu məkana yollanmayın. Evdə, sakit məkanda istirahətə üstünlük verin.
 

Əqrəb - maraqlı gün olacaq. Yeni işlərə başlamaq, fərqli layihədə potensialınızı sınamaq olar. Yaxın ətrafınızdakı insanlar sizə yardım etməyə tələsməyəcəklər. Ailə üzvləriniz sizi hərdəmxəyallıqda, baş verənlərə qeyri-ciddi yanaşmada suçlayacaqlar.

Belə münasibət günün ikinci yarısında sizdə müəyyən diskomfort yaradacaq. Təmkinli olmasanız, əhvalınız daha da pisləşəcək.

Alış-verişdə çox pul xərcləməyin. Bədxərcliyin mənası yoxdur. Alacağınız əşyanın nə dərəcədə zəruri olduğuna qərar verin.
 

Oxatan - gərgin, mürəkkəb gündür. Hadisələrin inkişaf məcrası seçdiyiniz yol və bəlirlədiyiniz istiqamətdən asılıdır. İntuisiyanızın səsini dinləyin. Yaxın ətrafınızdakı insanların məsləhətlərindən fərqli olaraq o, nə zaman hansı addımlar atmağın gərəkdiyini sizə dəqiq deyəcək. Mühüm informasiyalardan birini yaxınlarınızla bölüşə bilərsiniz.

Günün ikinci yarısında ümumi maraqlar sizə dostlar və ya sevdiyiniz insanla münaqişə yaratmamağa imkan verəcək. Sizinlə bahəm, dəyər verdiyiniz insanı maraqlandıracaq iş tapın. Yeni hobbi formalaşa bilər.

Oğlaq - təmkinli və soyuqqanlı olsanız, qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Münasibətlərin normada qalması sizdən asılıdır. Yaxın ətrafınızdakı insanlarla təmaslarda çoxsaylı problemlər yarana bilər.

Günün ikinci yarısında münaqişə və ixtilaf riski artır. Buna rəğmən ciddi qarşıdurma olmayacaq. Bunun üçün yetərli səbəb yoxdur.

Maliyyə durumunuzu real qiymətləndirin. Gəlirlər olmasa da, vəziyyət pis deyil. Dostlarla ünsiyyət üçün yaxşı zamandır.

Axşam saatlarında səhhətinizin qeydinə qalın. Müalicə-profilaktika tədbirlərini unutmayın.

Dolça - günün ilk yarısı o qədər də uğurlu deyil, amma saatlar keçdikcə durum dəyişəcək. Müsbət təmayüllərin təsiri artır. Problemlərin sayına rəğmən özünüzü itirməyin, təmkinli davranın. Qətiyyətli və inadkar olun. Hansısa çətinliyi aradan qaldırmağa yönəlmiş ilk cəhd uğursuzluqla başa çatsa da, ruhdan düşməyin. Təcrübəli insanlarla ünsiyyət sizə yeni məlumatlar əldə etməyə imkan verməklə yanaşı, qarşınızda yeni üfüqlər açılır.

Günün ikinci yarısında təmaslarınızda diqqətli olun. Təhlükəli insanların şirin dillərinə aldanmayın. Belə adamlarla təmaslar yaxşı heç nə vəd etmir.

Axşam saatlarında uğurlu səfər və ya səyahət ola bilər.

Balıqlar - sözlərə yox, əməllərə inanan insanlarla çalışmalı olacaqsınız. Vədlərinizi və cəsarətli açıqlamalarınızı əməllər, real uğurlarla möhkəmləndirin. Belə davranış sizin üçün problem olmamalıdır.

 Yaxın ətrafınızdakı insanları qıcıqlandırmayın. Emosiyalarınıza hakim olun. Vaxtınızı boşuna sərf etməyin.

Çox işlərin öhdəsindən gələ bilərsiniz. Əsas məsələ tənbəllik etməməkdir.


Geri qayıt