Əsas Səhifə > Hadisə > Zirə qəsəbəsi yaxınlığında dənizdə batan şəxsin meyiti tapılıb

Zirə qəsəbəsi yaxınlığında dənizdə batan şəxsin meyiti tapılıb


13-08-2023, 23:46


Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 20 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Geri qayıt