Əsas Səhifə > FUTBOL > Azərbaycan Premyer Liqası: “Qarabağ” ilk qələbəsini qazanıb
Azərbaycan Premyer Liqası: “Qarabağ” ilk qələbəsini qazanıb13-08-2023, 20:46 |
Azərbaycan Premyer Liqasında II turun oyunları davam edir. Şəffaflıq.az -ın məlumatına görə, günün yeganə matçı “Azersun Arena”da keçirilib. Son çempion “Qarabağ” “Turan Tovuz”u sınağa çəkib. Açılış turunda ağdamlılar gözlənilmədən “Zirə”yə məğlub olmuşdularsa, Tovuz təmsilçisi “Araz-Naxçıvan”ı üstələmişdi. Qurban Qurbanovun kollektivi bu dəfə sensasiyaya imkan verməyib. Matçda hesabı 30-cu dəqiqədə Juninyo açıb. 66-cı dəqiqədə Abdullah Zubir fərqi iki topa çatdırıb. Cəmi üç dəqiqə sonra bu dəfə Adama Diakabi adını tabloya yazdırıb. Bu, həm də qarşılaşmada son qol olub və “Qarabağ” rəqibini 3:0 hesabı ilə məğlub edib. Bununla son çempion cari mövsümdə ilk qələbəsini qazanıb. Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Qəbələ”ni (2:0), “Zirə” “Kəpəz”i (1:0) məğlub edib. Avqustun 14-də “Neftçi” “Səbail”lə üz-üzə gələcək. “Sumqayıt” – “Sabah” qarşılaşması ilə təxirə salınıb. Geri qayıt |