Əsas Səhifə > Hadisə > Polisin kuriyeri tutacağı ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirilib

Polisin kuriyeri tutacağı ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirilib


13-08-2023, 20:04


Kuriyerlik fəaliyyəti ilə məşğul olan Zeynalov Orxan barəsində polis əməkdaşları tərəfindən hər hansı əməliyyat tədbiri keçirilməsi ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq, DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, bu iddialar yalandır, yazılanlar şəxsi mülahizələrdir, O.Zeynalov üzərindən təşkil olunub qurulan kampaniyadır.

"Onunla bağlı DİN-in qurumları tərəfindən barəsində hər hansı müraciət araşdırılmır, icraat tədbiri yoxdur, saxlanılması nəzərdə tutulmayıb".

Şəffaflıq.az


Geri qayıt