Əsas Səhifə > REGİON > Yaşar Gülər: “Türkiyə dost və qardaş ölkələri çətin günlərdə heç vaxt tək qoymayıb”
Yaşar Gülər: “Türkiyə dost və qardaş ölkələri çətin günlərdə heç vaxt tək qoymayıb”12-08-2023, 15:46 |
“Türkiyə “Azərbaycanın yanında olacağıq” dedi və bununla müharibənin gedişatını dəyişdi”. Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “A Haber”ə müsahibəsində deyib. O bildirib ki, Türkiyə dost və qardaş ölkələri çətin günlərdə heç vaxt tək qoymayıb: “Biz həmişə dost və qardaşlarımızın yanında olmuşuq”. Nazirin sözlərinə görə, məhz Türkiyənin sayəsində Liviyada durum tənzimlənib: “Əks halda vəziyyət daha pis ola bilərdi”. Geri qayıt |