Əsas Səhifə > Hadisə / REGİON > Türkiyədə 5,3 maqnitudalı zəlzələ olub, tərk edilmiş bina dağılıb

Türkiyədə 5,3 maqnitudalı zəlzələ olub, tərk edilmiş bina dağılıb


10-08-2023, 23:19


Bu gün Malatyada baş vermiş zəlzələ nəticəsində indiyə qədər Battalqazi rayonunda 1 tərk edilmiş bina dağılıb.

Şəffaflıq.az   xəbər verir ki, bu barədə Malatya valisi Hulusi Şahin NTV-nin canlı yayımına telefonla bağlanaraq bildirib.

"İndiyə qədər Battalqazi rayonunda 1 tərk edilmiş bina dağılıb. Küçədə yoldan keçən bir uşaq ayağını sındırıb. O, xəstəxanaya aparılıb. Bir neçə dəfə eyvandan tullanma faktı var”, - deyə o qeyd edib.


Geri qayıt