Əsas Səhifə > FUTBOL > "Sabah" və "Neftçi" klubları bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.

"Sabah" və "Neftçi" klubları bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.


10-08-2023, 09:17


"Sabah" və "Neftçi" klubları bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.

Şəffaflıq.az-ın məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya "Partizan"ı ilə qarşılaşacaq. "Bank Respublika Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.

"Ağ-qaralar" isə bu raundun ilk duelində Türkiyə nəhəngi "Beşiktaş"ı sınağa çəkəcək. "Neftçi Arena"da oynanılacaq görüşün start fiti saat 21:00-da veriləcək. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
10 avqust

20:00. "Sabah" (Azərbaycan) - "Partizan" (Serbiya)
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
"Bank Respublika Arena"

21:00. "Neftçi" (Azərbaycan) - "Beşiktaş" (Türkiyə)
Baş hakim: Lukas Fandrix (İsveçrə)
"Neftçi Arena"

Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 17-də baş tutacaq.


Geri qayıt