Əsas Səhifə > Hadisə > Azərbaycanda zəlzələ olub, iki rayonda hiss edilib

Azərbaycanda zəlzələ olub, iki rayonda hiss edilib


9-08-2023, 23:00


Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:38-də Saatlı rayonunda zəlzələ qeydə alınıb. 

Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Maqnitudası 4 olan zəlzələ ocağının dərinliyi 52 kilometr olub. Zəlzələ Saatlıda və Beyləqanda hiss olunub.


Geri qayıt