Əsas Səhifə > Hadisə > Prokuror həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxsə cəza istəyib

Prokuror həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxsə cəza istəyib


9-08-2023, 17:54


Prokuror Bakıda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Rəfail Quliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

İş üzrə növbəti məhkəmə prosesi avqustun 22-nə təyin olunub.

İttihama görə, hadisə bu il yanvarın 6-da Nizami rayonunun İ.Məmmədov küçəsində yerləşən evlərdən birində qeydə alınıb. Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Rəfail Quliyev kirayə yaşadıqları evdə arvadı, 1985-ci il təvəllüdlü Xalidə Quliyevaya qarın nahiyəsindən 1 bıçaq xəsarəti yetirib.

Daha sonra yaralı Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Rəfail Quliyev barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.


Geri qayıt