Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda “İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması” təsdiqlənib

Azərbaycanda “İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması” təsdiqlənib


9-08-2023, 17:51


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması”nı təsdiq edib.

“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Yeni forma “Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli qanununun qüvvəyə mindiyi tarixdən tətbiq ediləcək.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.


Geri qayıt