Əsas Səhifə > REGİON > Türkiyəli ekspert: “Hələ də FETÖ-nün vurduğu zərərlər aradan qaldırılır”
Türkiyəli ekspert: “Hələ də FETÖ-nün vurduğu zərərlər aradan qaldırılır”9-08-2023, 12:02 |
“Türkiyə 7 ildir FETO beynəlxalq kəşfiyyat, terror və separatçı təşkilatının ölkəmizə vurduğu zərərləri aradan qaldırmağa davam edir”. Bu fikirləri “Report”un Türkiyə bürosuna Yıldız Teknik Universitetinin müəllimi, iqtisadçı professor Cemal Zehir bildirib. İqtisadçı deyib ki, Türkiyənin qətiyyəti sayəsində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizədə indiyədək tam 693 min 162 nəfər haqqında məhkəmə tədbiri görülüb: “Onlara cinayət işi açılıb, haqlarında istintaq aparılıb. Hazırda 67 min 893 nəfər şəxs haqqında araşdırma var. 26 667 məhkəmə işi davam edir. İndiyədək 253 min 754 nəfər haqqında məhkəmə qərarı verilib və FETÖ tərəfdarı olmaqla 122 632 nəfər məhkum edilib. 97 137 nəfər də bəraət alıb. Hələ minlərcə FETÖ işi ilə bağlı məhkəmə prosesləri davam etməkdədir. FETÖ işi üzrə Türkiyə həbsxanalarında 15 530 nəfər saxlanılır. FETÖ hər yerdə idi. Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) hazırda xaricə qaçan, amma FETÖ ilə əlaqəli olan on minlərlə şəxsi axtarır. NATO-da önəmli vəzifə icra edən bir neçə generalımız bu hadisədən sonra ölkəmizə dönmədi. Xarici İşlər Nazirliyimizə də nüfuz etdiyinə görə xarici ölkələrdə səfir olan bəzi diplomatlarımız FETÖ hadisələrinə görə ölkəmizə qayıtmadılar. Türkiyə bu məsələlərlə bağlı 252 şəhid, 2500-dən çox yaralı, 300 milyard dollardan çox itki verdi”. Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinə yeni təyin olunmuş nazir Ali Yerlikaya vəzifəsinin icrasına başladığı son 60 gündə FETÖ ilə bağlı 1020 əməliyyat keçirildiyini, 250 nəfərin həbs olunduğunu bildirib. SSRİ dağıldıqdan sonra FETÖ təşkilatının türk respublikalarına da müdaxilə etdiyini vurğulayan Cemal Zehir onu da bildirib ki, hazırda da FETÖ türk dövlətləri üçün böyük təhlükədir: “FETÖ Azərbaycana da təhsil və biznes əlaqələri vasitəsilə nüfuz edib. Odur ki, Azərbaycan da bununla bağlı ciddi addımlar atmalıdır və atır”. Şəffaflıq.az Geri qayıt |