Əsas Səhifə > Dünya > Tramp ABŞ-ın Suriya siyasətindən danışdı: “Biz nefti təminat altına aldıq. Nefti sevirəm”
Tramp ABŞ-ın Suriya siyasətindən danışdı: “Biz nefti təminat altına aldıq. Nefti sevirəm”2-11-2019, 23:08 |
Şəffaflıq.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Suriyadakı ABŞ hərbçilərinin evlərinə qayıtmasını istədiyini vurğulayaraq deyib: “(Türkiyə-Suriya arasındakı) Sərhədə başqaları nəzarət eləsin. Biz nefti təminat altına aldıq. Nefti sevirəm. Kürdlər (YPG/PKK) ilə çalışırıq. Türkiyə ilə çalışırıq. Bir çox ölkə ilə çalışırıq”. Xəbər verdiyimiz kimi, dünən, Barış bulağı əməliyyatı başlanandan bəri ilk dəfə ABŞ hərbçiləri yenidən Suriyanın şimal-şərqindəki neft sahələrində patrul nəzarətini həyata keçirməyə başlayıblar. ABŞ ordusunun hərbçiləri 5 zirehli texnika və 2 ədəd pikap ilə Türkiyə-Suriya sərhədindən 6 km məsafədəki Kathaniye məntəqəsi ilə Rumeylan rayonu arasında təqribən 40 kilometrlik xətdə patrulluq ediblər. Geri qayıt |