Əsas Səhifə > XARİCİ XƏBƏR > İsrailin Baş nazirinin Türkiyəyə səfəri gözlənilir, tarix razılaşdırılır

İsrailin Baş nazirinin Türkiyəyə səfəri gözlənilir, tarix razılaşdırılır


8-08-2023, 14:04


“İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə səfəri gözlənilir, hazırda tarix razılaşdırılır”.

Şəffaflıq.az xəbər verir ki, bunu İsrailin Türkiyədəki səfiri İrit Lilian “Posta”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, tərəflər arasında münasibətlərin normallaşması prosesi davam edir: “Bizim ortaq sərhədimiz olmasa da, ancaq iki qonşu ölkə kimiyik. Əlaqələrimizdə təxminən on il böhran vəziyyəti yaranmışdı. Bizim münasibətlərimiz təkcə iki dövləti yox, bütün regionu maraqlandırır”.

Diplomat bildirib ki, hər iki ölkə terrorizmə qarşı birgə mübarizə aparır.

Qeyd edək ki, B.Netanyahunun iyun ayında Türkiyəyə səfər edəcəyi planlaşdırılırdı. Amma müəyyən səbəblərdən səfər təxirə salınmışdı.


Geri qayıt