Əsas Səhifə > Hadisə > Xırdalanda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb
Xırdalanda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb8-08-2023, 09:39 |
Xırdalanda anasını qətlə yetirməkdə təqsirləndirilən Orxan Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. Şəffaflıq.az xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası avqustun 21-nə təyin edilib. Qeyd edək ki, hadisə bu ilin fevralında Xırdalan şəhərindəki Heydər Əliyev prospektində baş verib. Belə ki, O.Hüseynzadə anası Mehriban Hüseynovanın üstünə bıçaqla hücum edib və 21 bıçaq zərbəsi vurub. Daha sonra o, xüsusi amansızlıqla anasının bədən üzvlərini ayıraraq sellofan torbalara yığıb. Qadının meyiti hissələrə bölünmüş halda torbada evdə aşkar edilib. Araşdırmalarla cinayət əməlini qadının oğlu 1998-ci il təvəllüdlü O.Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Geri qayıt |