Əsas Səhifə > SİYASƏT > “Məsələ erməni məsələsi deyil” - ABŞ SENATORU ETİRAF ETDİ
“Məsələ erməni məsələsi deyil” - ABŞ SENATORU ETİRAF ETDİ2-11-2019, 23:05 |
Şəffaflıq.az xəbər verir ki, bundan əvvəl Nümayəndələr Palatasında erməni qanun layihələrinə “yox” deyən demokrat partiyası üzvü Stiven Kohen bu dəfə 29 oktyabr günü Nümayəndələr Palatasında keçirilən səsvermədə 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının daxil olduğu qanun layihəsinin lehinə nədən səs verdiyini açıqlayarkən dərdinin başqa olduğunu etiraf edib: “Türkiyə ABŞ-a hörmət etmirmiş kimi görünürdü!” Kohen deyib: “Ermənilərlə bağlı qanun layihəsinin həmişə əleyhinə olmuşam, amma bu həftə layihənin lehinə səs verdim”. O, qərarına Türkiyənin Suriyada həyata keçirdiyi Barış bulağı əməliyyatının təsir elədiyini bildirərək söyləyib: “Konqresin yanaşmasını dəyişdiyini söyləyə bilərəm. Ötən ilə qədər erməni layihəsi üçün əsla 218 nəfər səs verməmişdi”. Geri qayıt |