Əsas Səhifə > REGİON > Ermənistanda kriminal vəziyyət pisləşib, qətllərin sayı 50 faiz artıb

Ermənistanda kriminal vəziyyət pisləşib, qətllərin sayı 50 faiz artıb


7-08-2023, 22:25


Ermənistanda qəsdən adam öldürmə cinayətlərinin sayı kəskin artıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

İlin birinci yarısında 33 qətl hadisəsi qeydə alınıb, onlardan 7-si odlu silahdan istifadə etməklə törədilib.

2022-ci ilin eyni dövründə Ermənistanda 22 qətl hadisəsi qeydə alınıb, onlardan 5-i odlu silahdan istifadə ilə olub.

Əvvəlki illə müqayisədə adam öldürmə hadisələrinin 50 faiz artması ölkədə cinayətkarlığın vəziyyətinin pisləşdiyini göstərir.

Nəticədə Ermənistan mətbuatında polisin işi kəskin tənqid olunub: “Belə həyəcanverici mənzərənin olmasına baxmayaraq, cəmi bir neçə həftə əvvəl Daxili İşlər Nazirliyində keçirilən müşavirədə 2023-cü ilin birinci yarısında polisin qarşısına qoyulan vəzifələrin icrasına nail olduğu vurğulanıb.

Müşavirədə daxili işlər naziri qətl, qəsdən adam öldürməyə cəhd və digər cinayətlərin açılması istiqamətində işlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib. Lakin polisin üzərinə düşən vəzifələrin icrası təkcə cinayətlərin açılması deyil, həm də onların qarşısının alınmasındadır”-, məlumatda vurğulanıb.


Geri qayıt