Əsas Səhifə > Kriminal > Parkda öpüşən sevgililəri videoya çəkdilər, sonra... - Bakıda hər kəsi ŞOKA SALACAQ HADİSƏ

Parkda öpüşən sevgililəri videoya çəkdilər, sonra... - Bakıda hər kəsi ŞOKA SALACAQ HADİSƏ


2-11-2019, 23:00

 

Bakıda quldurluq etməkdə təqsirli bilinən Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Nemət Həsənov və Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Fəqan Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Şəffaflıq.az publika.az-a istinadən xəbər verir ki, Nemət Həsənov dostu Fəqan Abbasov ilə birlikdə 27 aprel 2016-cı il tarixdə, saat 18.45-də Yasamal rayonu, H.Cavid prospekti ilə Landau küçəsinin kəsişməsində yerləşən Milli Elmlər Akademiyasının inzibati binasının arxa hissəsində olan parka gəliblər.

Qızla görüşən oğlana “cəza”

Həmin vaxt onlar parkda Namiq Məmmədovun Səlimə Babayeva (ad və soyadlar şərti verilib – red.) ehtiraslı opüşmələrini görüblər.
Dostlar qızla parkda öpüşən Namiq Məmmədovu yanlarına çağırıblar. Namiq Məmmədov da onların çağırışına gəlib. Hər iki şəxs Namiq Məmmədova özlərini cinayət aləminin nümayəndəsi kimi təqdim edərək və qeyd edilən ərazidə insanların davranışı üzərində nəzarətin onlara həvalə edildiyini bildiriblər, onun cibindəki pulu tələb ediblər.

Bıçaqla hədələdi, pulunu aldı

Namiq Məmmədov onların tələbini yerinə yetirməkdən imtina edib. Bu vaxt Nemət Həsənov əlində olan bıçağı nümayiş etdirib və Namiq Məmmədovun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edib. Nemət Həsənov Namiq Məmmədovun cibindəki 20 manat pulunu götürüb.

Video çəkilişlə şantaj edildi

Bir gün sonra təqsirləndirilən şəxslər Namiq Məmmədovu videogörüntülərlə şantaj ediblər. Həmin parkda Namiq Məmmədovla rastlaşan Nemət Həsənov və Fəqan Abbasov hədə-qorxu yolu ilə ondan pul tələb ediblər.

Onlar Namiq Məmmədova aprelin 27-də parkda qızla opüşməsinin video çəkilişini etdiklərini, 200 manat vermədiyi halda həmin çəkilişi sosial şəbəkədə yaymaqla onu rüsvay edəcəklərini deyiblər.

5 maddəli cinayət işi

Namiq Məmmədovun hüquq-mühafizə orqanlarına etdiyi şikayətindən sonda əməliyyat qrupu yaradılıb. Keçirilən əməliyyat nəticəsində hər iki təqsirləndirilən şəxs həbs edilib.

İstintaq orqanı tərəfindən Nemət Həsənov və Fəqan Abbasovun barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

9 il cəza, ümumi rejim

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nemət Həsənov və Fəqan Abbasov hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən hər iki təqsirləndirilən şəxs cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməli olacaqlar.

Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Onlar barələrində təyin olunmuş cəzanın sərt olmasından şikayət ediblər və cəzalarının həbs olmayan cəza növü ilə əvəz olunmasını xahiş ediblər.

Bakı Apelyasiya Məhkəməsində hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılıb, sonda onların şikayətlərinin təmin olunmaması barədə qərar çıxarıb.

Qərardan narazı qalan hər iki təqsirləndirilən şəxs kasasiya şikayəti veriblər. Onların şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Hər iki təqsirləndirilən şəxsin kasasiya şikayəti təmin olunmayıb.
Geri qayıt