Əsas Səhifə > FUTBOL > Bu gün Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq.
Bu gün Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq.6-08-2023, 10:01 |
Bu gün Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq. Şəffaflıq.az-ın məlumatına görə, son oyun günündə iki qarşılaşma keçiriləcək. Günün ilk matçı Gəncədə olacaq. "Kəpəz" tarixi derbidə "Neftçi"ni sınağa çəkəcək. Gəncə şəhər stadionunda oynanılacaq görüşü Tural Qurbanov idarə edəcək. Tur Bakıda "Sabah" və "Qəbələ" komandaları arasında keçiriləcək oyunla tamamlanacaq. Matçın baş hakimi Cavid Cəlilov olacaq. Azərbaycan Premyer Liqası 17:00. "Kəpəz" - "Neftçi" 20:00. "Sabah" - "Qəbələ" Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı 3:0, "Sumqayıt" "Səbail"i 4:1, "Zirə" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib. Geri qayıt |