Əsas Səhifə > REGİON > Gürcüstanda təbii fəlakət qurbanlarının sayı 17-yə çatıb

Gürcüstanda təbii fəlakət qurbanlarının sayı 17-yə çatıb


5-08-2023, 23:53


Gürcüstanın qərbindəki Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı yenidən artıb.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha iki nəfərin cəsədi torpağın altından çıxarılıb. Bununla da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17-ya çatıb.

Həlak olanların 7-sinin kimliyi artıq müəyyən olunub.


Geri qayıt