Əsas Səhifə > XARİCİ XƏBƏR > İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib
İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib5-08-2023, 13:51 |
Pakistanın keçmiş Baş Naziri və Ədalət Hərəkatı Partiyasının sədri İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb. Sabiq hökumət başçısı korrupsiyada təqsirli bilinib. Məhkəmənin qərarı ilə o 1209 dollar məbləğində cərimə ödəməlidir. Qəzetin məlumatına görə, məhkəmə zalına yalnız vəkillər buraxılıb. İclas zamanı məhkəmə binası qarşısında əlavə polis qüvvələri növbətçilik edib. Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. 2022-ci ilin aprelində ona etimadsızlıq göstərilib və oktyabr ayında seçkidən kənarlaşdırılıb. Ardınca da beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib. 9 may 2023-cü ildə İmran Xan polis tərəfindən saxlanılıb. O və həyat yoldaşı Büşra Bibi korrupsiyada və Əl-Qadir Universitetinin yaradılmasında büdcədən 50 milyard Pakistan rupisi (təxminən 175 milyon dollar) mənimsəmək üçün ailə fondu olan "Əl-Qadeer Trust"dan istifadə etməkdə ittiham olunurdular. Mayın 10-da məhkəmənin onu həbs etməsi ölkədə kütləvi etirazlara səbəb olub. Mayın 11-də həbsi qanunsuz elan edilib və keçmiş baş nazir zaminə buraxılıb. Geri qayıt |