Əsas Səhifə > XARİCİ XƏBƏR > Bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə bağlı məsləhətləşmələr başlayacaq.
Bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə bağlı məsləhətləşmələr başlayacaq.5-08-2023, 09:54 |
Bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə bağlı məsləhətləşmələr başlayacaq. Şəffaflıq.az xəbər verir ki, danışıqlarda 30 ölkənin nümayəndələri iştirak edəcək. Müzakirələrin iki gün davam edəcəyi gözlənilir. Toplantı təhlükəsizlik üzrə müşavirlər səviyyəsində keçiriləcək. Məsləhətləşmələrdə Braziliya, Böyük Britaniya, Zambiya, Çin, Misir, Aİ, Hindistan, İndoneziya, Meksika, Polşa, ABŞ, Çili, Cənubi Koreya, Cənubi Afrikadan rəsmi şəxslərin iştirakı gözlənilir. Çini Avrasiya məsələləri üzrə xüsusi nümayəndə Li Hui təmsil edəcək. Səudiyyə rəsmiləri bildiriblər ki, onlar bu görüşün siyasi və diplomatik səylərlə böhranın həlli yollarına dair beynəlxalq səviyyədə fikir mübadiləsi və koordinasiya vasitəsilə dialoq və əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyini gözləyirlər. Geri qayıt |