Əsas Səhifə > Hadisə > Bakıda ödəmə terminalından oğurluğa cəhd göstərən şəxslər saxlanılıb
Bakıda ödəmə terminalından oğurluğa cəhd göstərən şəxslər saxlanılıb4-08-2023, 11:01 |
Bakıda ödəmə terminalından oğurluğa cəhd göstərən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 30-da rayon ərazisindəki piyada keçidlərinin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri 36 yaşlı Ramal Məmmədli və 31 yaşlı Tural Əhmədov saxlanılıblar. Araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |