Əsas Səhifə > ELM VƏ TƏHSİL > Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə start verilir
Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə start verilir3-08-2023, 15:22 |
Avqustun 3-də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2023-cü il üzrə ikinci sənəd qəbuluna start verilir. Proqrama nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Müraciət üçün Proqrama müraciət müddəti 20 sentyabr 2023-cü ilə kimi davam edəcək. Əlavə sual yarandığı zaman [email protected] elektron poçt ünvanına müraciət ünvanlaya bilərsiniz. Şəffaflıq.az Geri qayıt |