Əsas Səhifə > MEDİA > Azərbaycan jurnalistləri üçün “Rəqəmsal Savadlılıq” təlimi başa çatıb
Azərbaycan jurnalistləri üçün “Rəqəmsal Savadlılıq” təlimi başa çatıb3-08-2023, 15:20 |
Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi, "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən jurnalistlər üçün keçirilmiş “Rəqəmsal Savadlılıq” təliminin buraxılış mərasimi baş tutub. “Report” xəbər verir ki, tədbirdə bir sıra dövlət qurumlarının rəhbər və nümayəndə heyəti, “bootcamp”ın məzunları, eləcə də digər media nüməyəndələri iştirak edib. Mərasimdə İRİA-nın sədr əvəzi İnarə Vəliyeva, RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov, Assosiasiyanın İdarə Heyətinin sədri Elvin Abbasov çıxış edib. İ.Vəliyeva öz çıxışında təlimlərin məqsəd və missiyasına diqqət çəkib: “Ölkənin rəqəmsal inkişafa doğru getdiyi bu yolda sürətli məlumat mübadiləsi, kommunikasiya və məlumatların hədəf kütləyə doğru çatdırılmasında mətbuat ən böyük dəstəkçilərimizdəndir. Bu “bootcamp”ı tərəfdaşlarımızla birgə təsis etməkdə əsas məqsədimiz bu yolda bizimlə çiyin-çiyinə çalışan ixitsaslaşmış media nümayəndələrinin sayını artırmaq və İKT üzrə bilik və bacarıqlarını daha da inkişaf etdirməkdir” Tədbiridə 21 məzun iştirakçıya sertifikat və hədiyyələr təqdim olunub. Onların arasında “Global Media Group” holdinqin tərkibinə daxil olan "Report" İnformasiya Agentliyinin 2 əməkdaşı - Tuncay Türbəndəzadə və Kənan Sadıqov da var. Rəsmilər onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. “Rəqəmsal Savadlılıq” təlim proqramı 2 ay ərzində iştirakçıların nəzəri-praktik bacarıqlarının artırılmasına, mediada İKT ilə bağlı maarifləndirici məlumatların düzgün yayılmasına xidmət edir. Təlimlər müddətində nazirliyin tabeli alt qurumlarının əməkdaşları, eləcə də peşəkar təlimçi və ekspertlər rəqəmsal marketinq, brendləşmə, sənaye prosesində SCADA sistemləri, genişzolaqlı internet və inkişaf perspektivləri, elektron təhlükələr və onlardan müdafiə üsulları, mediada İKT, texnologiyaların istifadəsi və qanunvericilik, rəqəmsal ID-nin tətbiqi, CIA Modeli- Konfidensiallıq, bulud texnologiyaları, Blokçeyn və kriptovalyuta texnologiyalarının tətbiqi kimi mövzularda təlimlər keçib. Layihə çərçivəsində media nümayəndələrinə əyani dərslərlə yanaşı, praktiki dərslər də keçirilib. Şəffaflıq.az Geri qayıt |