Əsas Səhifə > SİYASƏT > Prezident Administrasiyasının rəhbəri təyin olunan Samir Nuriyev ilk açıqlamasını yayıb.

Prezident Administrasiyasının rəhbəri təyin olunan Samir Nuriyev ilk açıqlamasını yayıb.


1-11-2019, 18:37

 Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri təyin olunan Samir Nuriyev ilk açıqlamasını yayıb.
Şəffaflıq.az xəbər verir ki, bu haqda o Facebook səhifəsində yazıb. Administrasiya rəhbərinin yazdığını təqdim edirik:
“Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin etmişdir. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən bu yüksək etimada görə Möhtərəm Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.


Geri qayıt