Əsas Səhifə > XARİCİ XƏBƏR > BMT-nin baş katibi dünya ictimaiyyətinə müraciət ünvanlayıb

BMT-nin baş katibi dünya ictimaiyyətinə müraciət ünvanlayıb


30-07-2023, 16:15



BMT-nin Baş katibi Antonio Quterreş 30 iyul Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, insan alveri insanların əsas hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır.

“Münaqişə və qeyri-sabitlik zamanı genişlənən insan alverinin qurbanları zəif təbəqədən olan insanlardır. Bu gün, artan bərabərsizliklər, pisləşən iqlim fəlakətləri və əhalinin yerdəyişməsində qeydə alınan rekord rəqəmlər fonunda insan alverçilərinin hədəfinə düşənlərin sayı daha da artır. Müəyyən edilmiş qurbanların əksəriyyəti qadın və uşaqlardır. Onların çoxu qəddar zorakılığa, məcburi əməyə, dəhşətli cinsi istismara və sui-istifadəyə məruz qalır. Buna baxmayaraq, insan alverçiləri cəzasız qalaraq fəaliyyətlərini davam etdirirlər. Onların cinayətlərinə demək olar ki, kifayət qədər diqqət yetirilmir. Bu yanaşma dəyişməlidir”, - müraciətdə bildirilir.

Şəffaflıq.az


Geri qayıt