Əsas Səhifə > XARİCİ XƏBƏR > Banqladeşdə sərnişin avtobusu gölməçəyə düşdü: Azı 17 nəfər öldü
Banqladeşdə sərnişin avtobusu gölməçəyə düşdü: Azı 17 nəfər öldü23-07-2023, 16:28 |
Banqladeşin Calokati rayonunda sərnişin avtobusunun yoldan çıxaraq su hövzəsinə düşməsi nəticəsində azı 17 nəfər ölüb, 45 nəfər yaralanıb. Rayonun polis rəisi Məhəmməd Afruzul Huke Tutul bildirib ki, qəza şənbə günü paytaxt Dəkkədən təxminən 200 kilometr cənubda baş verib. Onun sözlərinə görə, 13 sərnişin yerindəcə ölüb. Yaralıların hamısı yerli xəstəxanalara çatdırılıblar və daha dörd nəfər yolda keçinib. Polis zabiti qeyd edib ki, xəsarət alan sərnişinlərdən bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayı arta bilər. Qurum rəsmisinin sözlərinə görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib. Şəffaflıq.az Geri qayıt |