Əsas Səhifə > Maraqlı > “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir

“Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir


31-10-2019, 19:22

 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında yaradılan “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Gəncə ilə bağlı məqalələr zənginləşdirilir.

MEK-dən bildirilib ki, “Vikipediya”da Gəncənin tarixi, mədəniyyəti, memarlıq abidələri və tanınmış şəxsiyyətləri ilə bağlı məqalələr yaradılır, genişləndirilir və redaktə olunur.

Qeyd edək ki, bu günlərdə YAP Gəncə şəhər təşkilatında “Vikipediya” təlimlərinə start verilib. Artıq partiyanın ofisində “Vikipediya” Metodik Mərkəzi fəaliyyət göstərir.

Şəffaflıq.az
Geri qayıt