Əsas Səhifə > Hadisə > Güneyli millət vəkilinə həbs cəzası verildi - FOTO
Güneyli millət vəkilinə həbs cəzası verildi - FOTO19-07-2023, 18:34 |
İran parlamentinin Təbrizdən seçilmiş deputatı Əhməd Əlirza Beygi məhkəmənin qərarı ilə bir il həbs cəzasına məhkum edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Məlumata əsasən, millət vəkili keçmiş sənaye, mədən və ticarət naziri Rza Əmini Fatiminin öz impiçmentinin qarşısını almaq məqsədilə deputatlara rüşvət olaraq avtomobillər verilməsini ifşa edib. Buna görə Əlirza Beygi “yalan məlumatlar yaymaq”da ittiham edilib. Qeyd edək ki, millət vəkili həmin nazirin daha əvvəllər də bu hərəkətini ifşa edib. Onun bu ifşasına görə parlamentdə çıxışına qadağa da qoyulub.
Şəffaflıq.az Geri qayıt |