Əsas Səhifə > Hadisə > Bakıda idman-sağlamlıq mərkəzində azyaşlı hovuzda boğularaq ölüb.
Bakıda idman-sağlamlıq mərkəzində azyaşlı hovuzda boğularaq ölüb.19-07-2023, 17:08 |
Bakıda idman-sağlamlıq mərkəzində azyaşlı hovuzda boğularaq ölüb. Şəffaflıq.az-ın xəbərinə görə, hadisə Yasamal rayonunun Zahid Xəlilov küçəsində yerləşən “Megacity” fitness və spa mərkəzində qeydə alınıb. Belə ki, nəzarətsiz qalan 2020-ci il təvəllüdlü G.Məmmədli hovuza yıxılıb. Nəticədə o, boğularaq ölüb. Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a bildirilib ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. Geri qayıt |