Əsas Səhifə > ƏSAS XƏBƏR > Salvadorda güclü zəlzələ olub
Salvadorda güclü zəlzələ olub19-07-2023, 09:52 |
Salvador sahillərində 6,5 maqnitudalı zəlzələ olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri təxminən 6,3 min nəfər əhalisi olan Çirilaqua şəhərindən 45 km cənub-şərqdə yerləşir. Zəlzələnin ocağı 70 km dərinlikdə olub. Salvadorun Ətraf Mühit Nazirliyi sunami təhlükəsinin olmadığını bildirib. “20minutos”un məlumatına görə, Salvadorun bəzi bölgələrində baş verən təbiət hadisəsindən sonra elektrik və telefon rabitəsi kəsilib. Tələfat və maddi ziyan barədə məlumat yoxdur. KİV-də yayılan məlumata görə, yeraltı təkanlar Salvadorla yanaşı Honduras və Nikaraquada da hiss olunub. Geri qayıt |