Əsas Səhifə > REGİON > Leninin mavzoleyini yandırmağa cəhd edilib

Leninin mavzoleyini yandırmağa cəhd edilib


18-07-2023, 11:25


Rusiyanın Moskva şəhərində bir kişi qarışıq maddə dolu butulkanı bolşeviklərin və kommunistlərin lideri olmuş Vladimir İliç Leninin mavzoleyinə tullayıb.

Şəffaflıq.az xəbər verir ki, məlumatı “RBK-Ukraina” yayıb.

Bildirilib ki, onun mavzoleyi yandırmaq cəhdi baş tutmayıb. “Molotov kokteyl”i səki daşlarına dəyərək alışıb. Məlumata görə, kişi hadisə yerində saxlanılıb. Ona qarşı inzibati iş açılıb. Bu gün onun mühakimə olunacağı gözlənilir.

Xatırladaq ki, bu, Leninin mavzoleyinə qarşı törədilən ilk hadisə deyil. Bu ilin fevralında 42 yaşlı kişi keçmiş SSRİ-nin əbədi liderinin nəşini oğurlamaq istəyib.


Geri qayıt