Əsas Səhifə > Dünya > Türkiyədən Fransaya sərt cavab: “QINAYIRIQ”
Türkiyədən Fransaya sərt cavab: “QINAYIRIQ”31-10-2019, 19:15 |
“Suriya torpaqlarında bir terror dövləti qurmağa çalışan Fransanın məruz qaldığı məyusluq nəticəsində belə bir qərar verməsi çox yaxşı başa düşülür” Şəffaflıq.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Fransa Senatının və Milli Məclisinin Barış bulağı əməliyyatı ilə bağlı qəbul elədiyi qərarları şiddətlə qınayırıq”. Xəbər verdiyimiz kimi, Fransa parlamenti qalmaqallı bir qanun layihəsini qəbul edib. Səsvermədə Türkiyənin terror dəhlizinə qarşı apardığı Barış bulağı əməliyyatı qınanıb, Fransanın terror təşkilatlarını dəstəkləməsi vurğulanıb. Qanun layihəsinin mətnində terror təşkilatının şaxəsi olan Suriya Demokratik Qüvvələrinə (SDQ) və onun “İŞİD-lə mübarizə aparan bütün kürd və ərəb ünsürlərinə qarşı Fransanın sarsılmaz dəstəyi” ifadə edilib. Qətnamədə Türkiynin terrorçulara qarşı bütün hərbi əməliyyatları dərhal dayandırılması tələb olunur. Türkiyə XİN-in açıqlamasında deyilir: “Suriya torpaqlarında bir terror dövləti qurmağa çalışan Fransanın məruz qaldığı məyusluq nəticəsində belə bir qərar verməsi çox yaxşı başa düşülür”. Geri qayıt |