Əsas Səhifə > İqtisadiyyat > Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb


15-07-2023, 11:51


Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

Oxu.Az xəbər verir ki,  Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,46% və ya 0,39 dollar azalaraq 84,10 ABŞ dolları ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Şəffaflıq.az


Geri qayıt