Əsas Səhifə > REGİON > Türkiyə Prezidenti, İsveçin baş naziri və NATO-nun baş katibi Vilnüsdə görüşüblər
Türkiyə Prezidenti, İsveçin baş naziri və NATO-nun baş katibi Vilnüsdə görüşüblər10-07-2023, 19:58 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin baş naziri Ulf Kristersson və NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə görüşüblər. Şəffaflıq.az xəbər verir ki, bu barədə Litvanın paytaxtından TRT telekanalı məlumat yayıb. Görüş mətbuata bağlı qapılar arxasında keçirilir. NATO sammitindən əvvəl Ərdoğan bildirib ki, Türkiyə Avropa İttifaqı üzvlüyünə maneələri aradan qaldırmaq müqabilində İsveçin alyansa qoşulmaq istəyini dəstəkləyəcək. Geri qayıt |