Əsas Səhifə > XARİCİ XƏBƏR > Azərbaycanla Litva arasında ətraf mühitin mühafizəsi üzrə əməkdaşlıq Sazişi təsdiq edilib

Azərbaycanla Litva arasında ətraf mühitin mühafizəsi üzrə əməkdaşlıq Sazişi təsdiq edilib


8-07-2023, 20:10


“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.

Şəffaflıq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, 2023-cü il mayın 22-də Vilnüs şəhərində imzalanmış “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” təsdiq olunub.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Litva Respublikası Hökumətinə bildiriş göndərməlidir.



Geri qayıt