Əsas Səhifə > SİYASƏT > Fransalı deputat Makronu topa tutdu
Fransalı deputat Makronu topa tutdu6-07-2023, 14:01 |
“Fransa baş verən etirazlar, iğtişaşlar onu göstərir ki, ölkədə iqtisadi-sosial çətinliklər var”. Oxu.Az-ın məlumatına əsasən, bunu Fransa Respublikasının Milli Assambleyasının deputatı Jean Victor Castor Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusundakı tədbir çərçivəsində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Fransada baş verənlər hökumətin siyasətinin nəticəsidir. “Təəccüblü deyil, vəziyyətin bu yerə çatması gözlənilən idi. Əhali Fransa siyasətindən əziyyət çəkir. Biz Fransa siyasətinin qurbanlarıyıq”, - deyə o əlavə edib. Onun sözlərinə görə, Fransada hamı deyir ki, hökumətin siyasətindən əziyyət çəkir: “Polis zorakılığı haqqında danışarkən, Prezident Emmanuel Makron deyir ki, elə şey yoxdur. Amma ortada zorakılığa dair xeyli faktlar var”. Şəffaflıq.az Geri qayıt |