Əsas Səhifə > İnfrastruktur > Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Ötən gün yol qəzalarında 4 nəfər ölüb4-07-2023, 12:27 |
Bu gecə saat 00:01-də Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) zəlzələ bölgəsində yerləşən müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər. Şəffaflıq.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilir ki, Agentliyin mütəxəssisləri gecəboyu yol infrastrukturuna baxış keçirib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyətini yoxlayıb. Gün ərzində də yoxlamalar davam etdirilir. Bundan başqa agentliyin balansında olan bütün körpü və yol ötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib. Geri qayıt |