Əsas Səhifə > İqtisadiyyat > “Dünyanı qane edə biləcək neftin orta qiymət 50 dollardır” – BP şirkəti
“Dünyanı qane edə biləcək neftin orta qiymət 50 dollardır” – BP şirkəti30-10-2019, 22:30 |
İstehsalçıları və dünyanın enerji resurslarında olan istehlakını qane edəcək neftin gələn il üçün bir barelinin ortalama qiyməti 50 ABŞ dollarıdır. Şəffaflıq.az apa-ya istinadənxəbər verir ki, bunu BP şirkətinin Rusiya və postsovet ölkələri üzrə iqtisadiyyat və enerji məsələlərinə dair tədqiqatlara rəhbərlik edən və həmin ölkələrin iqtisadi siyasəti üzrə məsləhətçisi Vladimir Drebentsov "BP-nin Dünya Enerjisinə dair Statistik İcmalı" və "BP-nin Enerji Perspektivlərinə Baxış – 2040" adlı sənədlərin təqdimatı zamanı deyib. "Bu qiymətlə (bir barel üçün 50 dollar – red.) dünya ona lazım olan neft həcmlərini alacaq. Yəni, bazarda (bu qiymətdən yararlana biləcək – red.) lazımi qədər istehsalçı olacaq", - deyə V. Drebentsov qeyd edib. Onun sözlərinə görə, geosiyasi faktorların hələlik "qara qızıl"a olan qiymətlərə təsir etdiyinə baxmayaraq, neft bazarı daha da stabilləşir: "Neft bazarının qısa bir zamanda Səudiyyə Ərəbistanının neft obyektlərinə olan hücumlardan qurtula bilməsi bunun bariz nümunəsidir". BP-nin nümayəndəsi onu da bildirib ki, əvvəlki şəraitdə Səudiyyə Ərəbistanında baş vermiş hadisə neft qiymətlərinin kəskin artımına gətirib çıxaracaq. Lakin praktika tam əksini göstərib – kəskin qiymət artımı qeydə alınmadı, həm də bazarda yaranmış problem (sözügedən ölkə tərəfində hasilatın kəskin azaldılması – red.) qızsa zamanda öz həllini tapdı. Bu da məhz bazarda olan böyük həcmdə artıq neft ehtiyatlarının hesabına mümkün olub: "Bazar dəyişib və geosiyasi hadisələrin ona təsiri azalıb. Biz görürük ki, dünya özünü daha ucuz qiymətlərlə neftlə təmin edə bilir". Geri qayıt |